SOCAR və “Masdar” arasındakı razılaşmalar alternativ enerjinin inkişafına töhfə verəcək

SOCAR və “Masdar” arasındakı razılaşmalar alternativ enerjinin inkişafına töhfə verəcək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında əldə olunmuş razılaşmalar alternativ enerjinin - quruda külək və günəş enerjisi layihələrinin, həmçinin dənizdə külək və yaşıl hidrogen üzrə ümumi gücü
Energetika
18 Yanvar , 2023 14:10
SOCAR və “Masdar” arasındakı razılaşmalar alternativ enerjinin inkişafına töhfə verəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında əldə olunmuş razılaşmalar alternativ enerjinin - quruda külək və günəş enerjisi layihələrinin, həmçinin dənizdə külək və yaşıl hidrogen üzrə ümumi gücü 4 GVt olan inteqrasiya olunmuş layihələrin inkişafına töhfə verəcək.

"Report" xəbər verir ki, bu barədə həftəlik "Gulf Business" jurnalı yazıb.

“BƏƏ ilə Azərbaycan arasında onsuz da yaxşı olan münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək bu razılaşmalar enerji balansının şaxələndirilməsi, aşağı səviyyəli və sıfır karbon tullantısı həllərinin hazırlanması üzrə birgə öhdəliyimizə sübutdur”, - BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, “Masdar” şirkətinin Direktorlar Şurasının rəhbəri və 2023-cü ilin noyabr-dekabr aylarında Dubayda keçiriləcək COP28 konfransının prezidenti Sultan bin Əhməd Əl Cabar bildirib.

İqtisadiyyatının şaxələndirilməsi siyasətini həyata keçirən və istixana qazlarının tullantılarını azaltmağa çalışan Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin daxili istehlakda payını 30 faizə çatdırmağı qarşısına məqsəd qoyub.

Öz növbəsində, “Masdar”ın icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi bildirib ki, şirkət Azərbaycanı əsas strateji tərəfdaş hesab edir.

“İmzalanmış saziş Azərbaycanın bərpa olunan enerji sahəsində məqsədlərinə nail olunmasına töhfə verəcək və onun davamlı iqtisadi inkişafına dəstək verəcək əməkdaşlığın inkişafında əlamətdar hadisədir”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi