Yuxarı

SOCAR və Global Gas Flaring Reduction əməkdaşlıq məsələlərini müzakirə edib

SOCAR və GGFR-in rəhbər komitəsi əməkdaşlığın IV mərhələsinin həyata keçirilməsi üzrə işçi proqramını müzakirə ediblər

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Əməkdaşlığın rəhbər komitəsi (Global Gas Flaring Reduction) əməkdaşlığın IV mərhələsinin həyata keçirilməsi üzrə işçi proqramını müzakirə edib. Report SOCAR-a istinadən xəbər verir ki, müzakirələrdə Şirkətin ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və GGFR-in rəhbər komitəsinin nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, 2013-cü ilin fevral ayında SOCAR və Dünya Bankı Şirkətlə və GGFR arasında əməkdaşlığın IV mərhələsi üzrə inzibati razılaşma imzalayıblar. Sənədi SOCAR-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko imzalayıblar. 

Dövlət Neft Şirkəti proqrama 2008-ci ildə qoşulub, bundan sonra səmt qazının yandırılma həcminin azaldılması üzrə plan hazırlanıb. Bu planın həyata keçirilməsi nəticəsində SOCAR 500 mln. kubmetr səmt qazının istifadə olunmasına nail olaraq, atmosferə 8 mln. ton karbon qazının atılmasının qarşısını alıb.

Səmt qazının və aşağı təzyiqli qazın istifadə olunması üzrə işlər yalnız dəniz yataqlarında aparılmır. SOCAR həmçinin  quruda səmt qazının toplanması və onun istehlakçılara çatdırılması üzrə "Sumitomo" (Yaponiya) şirkəti ilə də razılaşma imzalayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi