SOCAR və Global Gas Flaring Reduction əməkdaşlıq məsələlərini müzakirə edib

SOCAR və Global Gas Flaring Reduction əməkdaşlıq məsələlərini müzakirə edib SOCAR və GGFR-in rəhbər komitəsi əməkdaşlığın IV mərhələsinin həyata keçirilməsi üzrə işçi proqramını müzakirə ediblər
Energetika
16 Sentyabr , 2014 12:46
SOCAR və Global Gas Flaring Reduction əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Əməkdaşlığın rəhbər komitəsi (Global Gas Flaring Reduction) əməkdaşlığın IV mərhələsinin həyata keçirilməsi üzrə işçi proqramını müzakirə edib. Report SOCAR-a istinadən xəbər verir ki, müzakirələrdə Şirkətin ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və GGFR-in rəhbər komitəsinin nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, 2013-cü ilin fevral ayında SOCAR və Dünya Bankı Şirkətlə və GGFR arasında əməkdaşlığın IV mərhələsi üzrə inzibati razılaşma imzalayıblar. Sənədi SOCAR-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko imzalayıblar. 

Dövlət Neft Şirkəti proqrama 2008-ci ildə qoşulub, bundan sonra səmt qazının yandırılma həcminin azaldılması üzrə plan hazırlanıb. Bu planın həyata keçirilməsi nəticəsində SOCAR 500 mln. kubmetr səmt qazının istifadə olunmasına nail olaraq, atmosferə 8 mln. ton karbon qazının atılmasının qarşısını alıb.

Səmt qazının və aşağı təzyiqli qazın istifadə olunması üzrə işlər yalnız dəniz yataqlarında aparılmır. SOCAR həmçinin  quruda səmt qazının toplanması və onun istehlakçılara çatdırılması üzrə "Sumitomo" (Yaponiya) şirkəti ilə də razılaşma imzalayıb. 

Son xəbərlər

Orphus sistemi