SOCAR Ukraynada elektromobillərin enerji ilə doldurulması üçün daha iki stansiyanı işə salıb

SOCAR Ukraynada elektromobillərin enerji ilə doldurulması üçün daha iki stansiyanı işə salıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində elektromobillərin enerji ilə doldurulması üçün daha iki ədəd stansiya fəaliyyətə başlayıb.
Energetika
4 İyul , 2019 16:01
SOCAR Ukraynada elektromobillərin enerji ilə doldurulması üçün daha iki stansiyanı işə salıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində elektromobillərin enerji ilə doldurulması üçün daha iki ədəd stansiya fəaliyyətə başlayıb.

Bu barədə “Report”a SOCAR-ın Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkətinddən məlumat verilib.

Məlumata görə, SOCAR DTEK şirkəti ilə əməkdaşlıqda daha iki YDM-də “Strum” sürətli enerji doldurucu stansiyanı işə salıb. Xüsusilə bu stansiyalar Kiyev-Odessa və Kiyev-Lvov magistral yolları kənarında quraşdırılıb.

Belə ki, enerji doldurucu stansiyanın gücü 50 kVt təşkil edir və avtomobilin batareyasını 20-40 dəqiqə ərzində tam doldurmağa imkan verir.

“SOCAR Energy Ukraine” şirkətinin Satınalmalar Departamentinin direktoru Dmitri Atroşenko bildirib ki, elektromobillər bazarı olduqca dinamik inkişaf edir: “Biz müştərilərimizin gözləntilərini daha artıqlaması ilə təmin etməyə çalışırıq. Sonuncu nəsil çoxfunksiyalı cihazlar Avropa istehsalıdır və bu, rahat və sürətli xidməti qiymətləndirənlər üçün layiqli tətbiqdir. Bu bizim DTEK ilə Ukraynada elektrik nəqliyyatı üçün infrastrukturunun inkişafında birgə töhfəmiz olacaq”.

Məlumata görə, yayın sonuna qədər “Strum” 23-ə qədər sürətli enerji dorduran stansiyaların quraşdırılmasını planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi