SOCAR Türkiyədəki müəssisələrinin inteqrasiyasından 40 mln dollaradək qənaət edib

Energetika
  • 01 dekabr, 2021
  • 17:06
SOCAR Türkiyədəki müəssisələrinin inteqrasiyasından 40 mln dollaradək qənaət edib

İzmirin Əliağa qəsəbəsində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Petkim” neft- kimya müəssisəsi gələn il hər 4 ildən bir keçiriləın planlı təmir işlərilə bağlı fəaliyyətini dayandıracaq.

“Report” xəbər verir ki, bunu Əliağa qəsəbəsində azərbaycanlı jurnalistlər üçün keçirilən təqdimatda “SOCAR Turkey Neft emali ve neft-kimya is Birliyi"nin (SOCAR Turkey Refining and Petrochemical Business Unit) prezidenti və “Petkim” şirkətinin baş direktoru Anar Məmmədov bildirib.

Son dəfə belə təmir işlərinin 2018-ci ildə keçirildiyini qeyd edən müəssisə rəhbəri deyib: Dəqiq vaxt məlum deyil, amma çox güman ki, müəssisənin fəaliyyəti gələn ilin ikinci yarısında dayandırılacaq”.

“Petkim”i çox uğurlu layihə olaraq dəyərləndirən baş direktorun sözlərinə görə, istehsal edilən məhsulllar daha çox daxili bazara çıxarılır.

A.Məmmədov həmçinin bildirib ki, ötən il SOCAR Türkiyədəki müəssisələrini birləşdirməyə başlayıb ki, nəıticədə xeyli vəsaitə qənaət edildi: “”Petkim” ilə STAR Neft Emalı Zavodunu idarəçilik cəhətdən artıq birləşdirilib. Bu iki müəssisənin inteqrasiyası çərçivəsində 35-40 milyon ABŞ dolları qənaət etmək mümkün olub”.

O, həmçinin qeyd edib ki, hazırda adıçəkilən müəssisələrin informasiya-kommunikasiya sistemlərinin inteqrasiyası, o cümlədən rəqəmsallaşma üzrə inteqrasiyası davam etdirilir: “Müəssisələrin rəqəmsal sistemlərinin inteqrasiyasını 2022-ci ildə başa çatdırmağı planlaşdırırıq”.

“Petkim” ilə “STAR”ı birləşdirməklə həm də vergi baxımdan xeyli üstünlüklərə nail olunacağı güman edilir. Məsələ o qədər də asan deyil. ”Petkim” publik şirkətdir, “STAR” isə yox. Odur ki, ciddi hüquqi və vergi prosedurları həyata keçirilməlidir”, – deyə A.Məmmədov vurğulayıb.

Qeyd edək ki, “SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir.

Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.

44 - Tezliklə