SOCAR Türkiyədəki investisiya xərcləri üçün lazım olan vəsaitin məbləğini açıqlayıb

SOCAR Türkiyədəki investisiya xərcləri üçün lazım olan vəsaitin məbləğini açıqlayıb Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey” buiki fəaliyyətinin nəticələrinə əsasən EBIDTA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə 1 milyard ABŞ dolları mənfəət əldə etməyi planlaşdırır.
Energetika
30 Noyabr , 2021 16:58
SOCAR Türkiyədəki investisiya xərcləri üçün lazım olan vəsaitin məbləğini açıqlayıb
Zaur Qəhrəmanov

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey” buiki  fəaliyyətinin nəticələrinə əsasən EBIDTA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə 1 milyard ABŞ dolları mənfəət əldə etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu “SOCAR Turkey”in Baş icraçı direktoru Zaur Qəhrəmanov şirkətin İstanbuldakı ofisində Azərbaycan jurnalistləri ilə görüşündə bildirib.

“Ötən il bu göstərici 630 milyon ABŞ dolları olub”, - deyə o qeyd edib. 

Z.Qəhrəmanovun sözlərinə görə, SOCAR-ın Türkiyədəki inestisiya xərclərinin qarşılanması üçün təqribən, 750 milyon ABŞ dolları lazımdır. Bu da o deməkdir ki, builki mənfəəti kreditləri ödəməyə və qazanc əldə etməyə imkan verəcək.

Xatırladaq ki, “SOCAR Turkey” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Turkey" qonşu ölkənin "Petkim Petrokimya Holding” - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir.

Son xəbərlər

Orphus sistemi