Azərbaycan Dövlət Neft Şirkəti (
“Report” “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (
“Türkiyənin neft-kimya məhsullarının idxalından cari kəsiri 11,5 mlrd. dollar təşkil edir. Yeni müəssisə bu kəsirin 5,5 mlrd. dollarlıq hissəsini örtəcək”,- deyə o qeyd edib.
O qeyd edib ki, yeni kompleksin tikintisinə 2020-ci ildə başlanılması, 2023-cü ildə istismara verilməsi planlaşdırılır: “Müəssisədə ildə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX), 340 min ton benzol istehsal ediləcək. BP və SOCAR-ın 50%-lik ortaqlığı ilə həyata keçiriləcək müəssisənin investisiya dəyəri 1,8 mlrd. dollar nəzərdə tutulur. Yeni neft-kimya kompleksi STAR neft emalı zavodu və “Petkim” neft-kimya kompleksi ilə inteqrasiya şəklinə çalışacaq”.
Xatırladaq ki, SOCAR ilə BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünyamiqyaslı neft kimya kompleksinin inşası və idarə olunması üçün birgə müəssisə yaratmaq planının dəyərləndirmə prinsiplərinə dair müqavilə imzalayıb.