Bakı. 23 fevral. REPORT.AZ/ "SOCAR Trading" şirkəti ABŞ-ın Hyuston şəhərində ofis açmağı planlaşdırır.
"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "SOCAR Trading" şirkətinin icraçı direktoru Arzu Əzimov bildirib.
O xatırladıb ki, şirkətin hazırda Kanadanın Kalqari şəhərində ticarət nümayəndəliyi var: "Buradakı nümayəndəlik aktiv şəkildə ABŞ və Kanada arasında ticarət imkanlarını araşdırır".