Şirkətdən "Report"a bildirilib ki, hesabat dövründə Supsa limanından SOCAR 242,076 min ton Azərbaycan neftini yola salıb. Ötən il SOCAR Gürcüstan limanından 2,725 mln. ton neft ixrac edib. Bakı-Supsa boru kəməri 1994-cü il sentyabr ayının 20-də SOCAR və başda BP olmaqla xarici şirkətlər qrupu arasında imzalanan məhsulun pay bölgüsü haqqında saziş çərçivəsində "Çıraq" yatağından hasil olunan neftin nəqli üçün nəzərdə tutulub.
Belə ki, 21 düym (530 mm) diametrdə 775 km yeni boru kəməri və 55 km bərpa olunmuş boru kəməri daxil olmaqla, Bakı-Supsa boru kəmərinin uzunluğu 830 km təşkil edir. Kəmərin illik ötürmə gücü 7 mln. ton (gündəlik 140 min barel) neft təşkil edir. Boru kəmərinin operatoru BP şirkətidir.