"SOCAR Trading" “Saudi Aramco”dan neft alacaq

"SOCAR Trading" “Saudi Aramco”dan neft alacaq SOCAR Trading Türkiyədəki “Star Rafineri” neft emalı zavodu üçün Səudiyyə Ərəbistanına 3 milyon barel neft sifariş verib.
Energetika
14 Mart , 2020 23:43
SOCAR Trading “Saudi Aramco”dan neft alacaq

"SOCAR Trading" Türkiyədəki “Star Rafineri” neft emalı zavodu üçün Səudiyyə Ərəbistanına 3 milyon barel neft sifariş verib.

“Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” təsdiq edib.

Xatırladaq ki, 2018-ci ilin oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

2019-ci ilin martın sonuna zavodun bütün qurğuları istismara verilib.

STAR ötən ilin yanvar ayında istehsal etdiyi ilk nafta məhsulunu “Petkim”ə tədarük edib, dizel və təyyarə yanacağını isə fevral ayından etibarən bazara çıxarıb.

Son xəbərlər

Orphus sistemi