Şirkətin məlumatında deyilir ki, hazırda həmin sahədə işlərin artıq 85%-i yerinə yetirilib. Seysmik-kəşfiyyat işlərinin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur, bundan sonra əldə olunan nəticələr emal və interpretasiya olunacaq.
"Qazanbulaq-Ziyadxan" quru sahəsi Gəncə naft-qaz rayonunda yerləşir. Həmin sahədə seysmik tədqiqatlar onun geoloji quruluşunun dəqiqləşdirilməsi, karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi və zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi ilə aparılır.
Əldə edilmiş nəticələr axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.