SOCAR "Qazanbulaq-Ziyadxan" quru sahəsində seysmik-kəşfiyyat işlərini aparır

Energetika
  • 29 avqust, 2014
  • 04:32
SOCAR Qazanbulaq-Ziyadxan quru sahəsində seysmik-kəşfiyyat işlərini aparır

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Qazanbulaq-Ziyadxan" quru sahəsində aparılan 3D seysmik-kəşfiyyat işlərini sentyabr ayında tamamlanmasını planlaşdırır.

Şirkətin məlumatında deyilir ki, hazırda həmin sahədə işlərin artıq 85%-i yerinə yetirilib. Seysmik-kəşfiyyat işlərinin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur, bundan sonra əldə olunan nəticələr emal və interpretasiya olunacaq.

 "Qazanbulaq-Ziyadxan" quru sahəsi Gəncə naft-qaz  rayonunda yerləşir. Həmin sahədə seysmik tədqiqatlar onun geoloji quruluşunun dəqiqləşdirilməsi, karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi və zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi ilə aparılır.

Əldə edilmiş nəticələr axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti