​SOCAR qaz hasilatını artırıb

​SOCAR qaz hasilatını artırıb Azərbaycan Dövlət Neft Şirkəti bu ilin yanvar-iyul aylarında təxminən 4 mlrd. kubmetr qaz hasil edib
Energetika
30 Sentyabr , 2015 17:58
​SOCAR qaz hasilatını artırıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-iyul ayları ərzində 3 977,4 mln. kubmetr təbii qaz hasil edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, qaz hasilatı bu ilin 7 ayında ötən ilin müvafiq dövrünə nisbətən 9,5% azalıb.

Bu ilin 7 ayında hasil olunan qazın 605,4 mln. kubmetri iyul ayının payına düşüb.

Bu ilin iyul ayında qaz hasilatı ötən ilin iyul ayından 5,2% çox olub.

Son xəbərlər

Orphus sistemi