Qeyd edək ki, cari ilin 8 ayı ərzində Azərbaycan üzrə ümumi qaz hasilatı 20,453 mlrd. kubmetr təşkil edib, bu da 2013-cü ilin yanvar-avqust aylarındakı göstəricidən 0,9% azdır. Cari ilin avqust ayında şirkət tərəfindən 567,5 mln. kubmetr qaz hasil olunub, ümumilikdə Azərbaycan üzrə qaz hasilatı 2,471 mlrd. kubmetr təşkil edib.
Xatırladaq ki, 2013-cü ildə SOCAR 7,139 mlrd. kubmetr qaz hasil edib. Ümumilikdə, 2013-cü ildə Azərbaycan üzrə qaz hasilatı 29,45 mlrd. kubmetr təşkil edib.