SOCAR qaz hasilatını 4% artırıb

SOCAR qaz hasilatını 4% artırıb SOCAR 2014-cü ilin yanvar-avqust aylarında 4,964 mlrd. kubmetr qaz hasil edib
Energetika
23 Sentyabr , 2014 10:52
SOCAR qaz hasilatını 4% artırıb
Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-avqust aylarında 4,964 mlrd. kubmetr qaz hasil edib. Şirkətdən "Report"a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 4,3% artıb.

Qeyd edək ki, cari ilin 8 ayı ərzində Azərbaycan üzrə ümumi qaz hasilatı 20,453 mlrd. kubmetr təşkil edib, bu da 2013-cü ilin yanvar-avqust aylarındakı göstəricidən 0,9% azdır. Cari ilin avqust ayında şirkət tərəfindən 567,5 mln. kubmetr qaz hasil olunub, ümumilikdə Azərbaycan üzrə qaz hasilatı 2,471 mlrd. kubmetr təşkil edib. 

Xatırladaq ki, 2013-cü ildə SOCAR 7,139 mlrd. kubmetr qaz hasil edib. Ümumilikdə, 2013-cü ildə Azərbaycan üzrə qaz hasilatı 29,45 mlrd. kubmetr təşkil edib.

Son xəbərlər

Orphus sistemi