SOCAR prezidenti Rövnəq Abdullayev: "İdxal qazına ehtiyacımız yoxdur"

SOCAR prezidenti Rövnəq Abdullayev: "İdxal qazına ehtiyacımız yoxdur" Neftin qiymətinin düşməsi SOCAR-ın layihələrinə təsir etməyib
Energetika
14 İyul , 2015 15:10
SOCAR prezidenti Rövnəq Abdullayev: İdxal qazına ehtiyacımız yoxdur

Bakı. 14 iyul. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hər hansı investisiya layihəsinin icrasını saxlamaq niyyətində deyil. "Report"un verdiyi xəbərə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev neftin ucuzlaşması ilə bağlı sualı cavablandırarkən deyib: "Lakin biz ehtiyatla yanaşırıq, riskləri idarə edirik. Risklər var və bizim böyük qrupumuz mövcuddur və onlar bu məsələlərə vaxtında baxırlar".

"Cənub Qaz Dəhlizi üzrə işlər davam edir, "Şahdəniz-2"nin genişlənməsi, boru xətlərinin tikilməsi, TANAP və TAP layihələrinin hamısı normal şəkildə gedir", - SOCAR rəhbəri qeyd edib

R.Abdullayev həmçinin Azərbaycanın Rusiyadan qaz idxal etmək ehtimalı ilə bağlı "Qazprom" prezidenti Aleksey Millerin dediklərinə münasibət bildirib: "Bizim qaza ehtiyacımız yoxdur. Azərbaycan Metanol Zavodu SOCAR-la uzunmüddətli qaz kontraktı bağlamayıb, bu da onların özlərinin səhvidir".

"Zavodun "Qazprom"dan qaz almasına biz etiraz etməmişik. Bizim boru xətləri ilə qazın zavoda çatdırılması ilə bağlı müqavilə bağlamışıq", - SOCAR rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi