Yuxarı
    Bağlamaq

    SOCAR: "Palmarina"nın alınması məsələsi nəzərdən keçirilmir

    SOCAR mətbuatda yayılan xəbəri təkzib edib

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Türkiyə mətbuatında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus Bodrumun Yalıkavak ərazisindəki "Palmarina" adlı limanı alacağına dair məlumatlar yayılıb.

    Məsələ ilə bağlı "Report"a açıqlamasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, limanın alınması nəzərdən keçirilmir.

    Qeyd edək ki, M.Mənsimov "Palmarina"nı 2011-ci ilin may ayında 42 mln. ABŞ dollarına alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi