Yuxarı

SOCAR neft hasilatını artırıb

Bu ilin yanvar-sentyabr aylarında SOCAR 6,3 mln. ton neft hasil edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-sentyabr aylarında 6,303 mln. ton neft hasil edib. "Report" Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 1% artıb.

Cari ilin sentyabr ayında SOCAR üzrə neft hasilatı 686,8 min ton, ümumilikdə Azərbaycan üzrə isə 3,469 mln. ton təşkil edib. 

Qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində Azərbaycan üzrə neft hasilatı 32,02 mln. ton təşkil edib, bu da ötən ilin yanvar-sentyabr aylarının göstəricisindən 1,6% azdır.

Bu il SOCAR 8,4 mln. ton neft hasil etməyi planlaşdırır. Ötən il ölkədə neft hasilatının ümumi həcmi 43,48 mln. ton təşkil edib, bunun da 8,314 mln. tonu SOCAR-ın payına düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi