SOCAR iyulda Ceyhan limanı vasitəsi ilə 1,6 mln. ton xam neft ixrac edib

SOCAR iyulda Ceyhan limanı vasitəsi ilə 1,6 mln. ton xam neft ixrac edib Ümümilikdə yanvar-iyul ayları ərzində Ceyhandan 9 milyon 667 min 66 ton neft ixrac edilib
Energetika
1 Avqust , 2017 17:29
SOCAR iyulda Ceyhan limanı vasitəsi ilə 1,6 mln. ton xam neft ixrac edib

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən ay Supsa limanından 264 min 489 ton, Ceyhan limanından 1 milyon 540 min 751 ton xam neft ixrac edib. 

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Məlumatda deyilir ki, ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 733 min 664 ton, Supsa limanından 1 milyon 579 min 673 ton, Ceyhan limanından 9 milyon 667 min 66 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Son xəbərlər

Orphus sistemi