SOCAR-ın vitse-prezidenti: “Azərbaycan beynəlxalq şirkətlərin marağında olan məkandır”

SOCAR-ın vitse-prezidenti: “Azərbaycan beynəlxalq şirkətlərin marağında olan məkandır” “Biz hazırda alternativ variantların üzərində işləyirik”
Energetika
26 Aprel , 2016 15:26
SOCAR-ın vitse-prezidenti: “Azərbaycan beynəlxalq şirkətlərin marağında olan məkandır”

Bakı. 26 aprel. REPORT.AZ/ “Azərbaycan qədim neft ölkəsidir. Ölkəmiz zəngin ehtiyatlara malikdir. Biz hazırda alternativ variantların üzərində işləyirik. Alternativ variant da ölkə qazını Avropa bazarına çıxarmaqdan ibarətdir”.

“Report”un xəbərinə görə, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Vətəndaş cəmiyyəti və biznes: Sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət” mövuzusunda keçirilən panel iclasında deyib.

O bildirib ki, Azərbaycan “Cənub Qaz Dəhlizi"nin fəaliyyətə başlamasında maraqlıdır: “Bununla Azərbaycan qazı Avropaya çıxarılacaq. Bu istiqamətdə işlər görülür”.

SOCAR-ın vitse-prezidenti vurğulayıb ki, Azərbaycan beynəlxalq şirkətlərin marağında olan məkandır: “Həmin şirkətlər ölkəyə investisiya qoymaqda maraqlıdırlar. Bunun üçün ölkədə şərait mövcuddur".

O qeyd edib ki, Azərbaycanda neft gəlirləri daha çox sosial layihələrə yönəldilir: "Buraya yeni xəstəxanaların, məktəblərin, iaşə obyektlərinin tikintisi, bərpa edilməsi daxildir”.

Son xəbərlər

Orphus sistemi