​SOCAR-ın prezidenti Gürcüstanın baş naziri ilə görüşüb

​SOCAR-ın prezidenti Gürcüstanın baş naziri ilə görüşüb SOCAR-ın bu ölkədə həyata keçirdiyi və nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb
Energetika
17 Aprel , 2015 13:14
​SOCAR-ın prezidenti Gürcüstanın baş naziri ilə görüşüb

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdədir. "Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, R.Abdullayev aprelin 17-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlığın perspektivləri, SOCAR-ın bu ölkədə həyata keçirdiyi və nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində R.Abdullayevin Gürcüstanın digər rəsmi şəxsləri ilə görüşü və Azərbaycan-Gürcüstan birgə əməkdaşlıq layihələri əsasında inşa olunmuş bəzi tikinti obyektlərinin açılışında iştirakı da nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi