SOCAR-ın "Ödənişli yay təcrübəsi" proqramının qalibləri müəyyən olunub

SOCAR-ın "Ödənişli yay təcrübəsi" proqramının qalibləri müəyyən olunub Seçilənlərin adları və təcrübə keçəcəkləri müəssisələr şirkətin saytında yerləşdirilib
Energetika
27 İyul , 2016 19:02
SOCAR-ın Ödənişli yay təcrübəsi proqramının qalibləri müəyyən olunub

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı il üzrə “Ödənişli yay təcrübəsi” proqramının qalibləri müəyyən olunub.

"Report" xəbər verir ki, seçilənlərin adları və təcrübə keçəcəkləri müəssisələr şirkətin saytında yerləşdirilib.

Qeyd edək ki, neft ixtisasları üzrə təhsil alan tələbələrin yay tətillərinin səmərəli təşkilini, onların neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılmasını, habelə SOCAR-ın müəssisələrində real iş şəraiti ilə yaxından tanış olmalarını diqqət mərkəzində saxlayır və bu məqsədlə 2010-cu ildən etibarən hər il Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz mühəndisliyi, qazma, geofizika, geologiya, istehsalatın avtomatlaşdırılması, kompüter, inşaat, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika, proqramçı və digər ixtisaslar üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr üçün “Ödənişli yay təcrübəsi” proqramını həyata keçirir. Proqramda bakalavr pilləsinin əyani şöbəsinin III və IV, magistraturanın I və II kurslarında təhsil alan tələbələrin iştirak etməsi üçün imkanlar yaradılır. 

Son xəbərlər

Orphus sistemi