Yuxarı

SOCAR-ın İnsan Resursları portalında 3,7 min nəfər qeydiyyatdan keçib

Gün ərzində portala 2 000-dən çox daxilolma həyata keçirilir

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları portalında ümumilikdə 3 741 nəfər qeydiyyatdan keçib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, portalın daha səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə 2014-cü ilin sentyabr ayından etibarən şirkətin birbaşa tabeliyində olan 17 struktur bölmə üzrə 1 533 nəfərə təlimlər keçirilib, portal haqqında zəruri məlumat verilib.

Gün ərzində portala 2 000-dən çox daxilolmanın həyata keçirildiyi müşahidə olunur. İnsan Resursları portalında mövcud xidmətlərlə yanaşı, elektron kitabxana və elektron təlimlər bölməsinin istifadəyə verilməsi nəzərdə tutulub. Elektron təlimlər bölməsi vasitəsilə SOCAR üzrə bütün işçilər üçün nəzərdə tutulan idarəetmə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası mövzularına dair ümumi təlimlərlə yanaşı, spesifik sahələr üzrə də elektron təlimlərin keçirilməsi planlaşdırılıb. Elektron təlimlər vasitəsilə yeni biliklərə yiyələnmək imkanı ilə yanaşı, işçilərə portal vasitəsilə həmin biliklərin mənimsənilməsinin yoxlanılmasına dair sınaq test imtahanlarında iştirak etmək imkanı da yaradılacaq. Sınaq test imtahanlarından keçən işçilər İnsan Resursları Departamentində təşkil olunacaq yekun test imtahanlarına dəvət olunacaqlar.

Xatırladaq ki, bir müddət əvvəl işçilərə göstərilən xidmət səviyyəsinin və bu sahədə şəffaflığın yüksəldilməsi məqsədilə hazırlanmış SOCAR-ın İnsan Resursları portalı artıq istifadəyə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi