​SOCAR-ın Fəxri fərmanları təqdim olunub

​SOCAR-ın Fəxri fərmanları təqdim olunub Xoşbəxt Yusifzadə və Xalik Məmmədov Fəxri fərmanları təltif olunanlara təqdim ediblər
Energetika
10 Noyabr , 2015 17:32
​SOCAR-ın Fəxri fərmanları təqdim olunub

Bakı. 10 noyabr. REPORT.AZ/ Neftçilər günü peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Fəxri fərmanı ilə təltif olunmuş Şirkətin baş ofisinin bir qrup əməkdaşına bu gün mükafatların təqdim edilməsi mərasimi keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan X.Yusifzadə neft strategiyasının uğurlarından danışıb, qazanılmış nailiyyətlərdə fədakar neftçilərin əməyini xüsusi vurğulayıb. O bildirib ki, SOCAR rəhbərliyi hər zaman neftçilərin əmək fəaliyyətini yüksək qiymətləndirir.

Şirkətin vitse-prezidenti X.Məmmədov isə Azərbaycan neftçilərinin gələcəkdə daha böyük nailiyyətlərə imza atacağına əminliyini bildirib, SOCAR rəhbərliyi adından təltif olunanları təbrik edib, onlara yeni-yeni əmək nailiyyətləri arzulayıb. Sonra X.Yusifzadə və X.Məmmədov Fəxri fərmanları təltif olunanlara təqdim ediblər.

Qeyd edək ki, SOCAR prezidentinin 16 sentyabr 2015-ci il tarixli müvafiq əmri ilə Şirkətin idarə və müəssisələrində çalışan 117 nəfər, o cümlədən baş ofisdə işləyən 27 nəfər əməkdaş Fəxri fərmana layiq görülüb.

Son xəbərlər

Orphus sistemi