SOCAR-ın “Caspian Innovation Center”inin yeni ofisinin açılışı olub

SOCAR-ın “Caspian Innovation Center”inin yeni ofisinin açılışı olub ​​​​​​​Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisəsi “Caspian Innovation Center”in (CIC) yeni ofisinin açılışı olub
Energetika
26 May , 2023 17:24
SOCAR-ın “Caspian Innovation Center”inin yeni ofisinin açılışı olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisəsi “Caspian Innovation Center”in (CIC) yeni ofisinin açılışı olub.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, açılış mərasimində SOCAR prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti və digər rəsmi şəxslər iştirak ediblər.

Yeni ofislə tanış olan nümayəndə heyətinə burada yaradılan şərait barədə məlumat verilib.

Daha sonra SOCAR nümayəndə heyətinin CIC əməkdaşları ilə görüşü olub. Görüşdə CIC tərəfindən icra edilən layihələr barədə təqdimatlar edilib və müzakirələr aparılıb.

Müasir tələblərə cavab verən ofisdə işçi heyəti üçün geniş iş, görüş və iclas otaqları fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi