SOCAR iki ayda 1,1 mlrd. kubmetr qaz hasil edib

SOCAR iki ayda 1,1 mlrd. kubmetr qaz hasil edib SOCAR fevralda 504 mln. kubmetr qaz hasil edib
Energetika
30 mart 2016 07:19
SOCAR iki ayda 1,1 mlrd. kubmetr qaz hasil edib

Bakı. 30 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 047,5 mln. kubmetr həcmində təbii qaz hasil edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 3,84% az olub.

Bu ilin iki ayında SOCAR-ın hasil etdiyi qazın 504,4 mln. kubmetri fevral ayının payına düşüb. Şirkətin bu ilin fevralında hasil etdiyi qaz ötən ilin fevral ayından 2,83% az olub.

Orphus sistemi