SOCAR İranda keçirilən beynəlxalq neft sərgisində iştirak edir

SOCAR İranda keçirilən beynəlxalq neft sərgisində iştirak edir Sərgi mayın 8-nə kimi davam edəcək
Energetika
6 May , 2016 10:53
SOCAR İranda keçirilən beynəlxalq neft sərgisində iştirak edir

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İranda keçirilən XXI Beynəlxalq neft, qaz və neft-kimya sərgisində iştirak edir.

"Report" SOCAR-a istinadən xəbər verir ki, sərgidə şirkəti baş ofis, “Neftqazelmitədqiqatlayihə'' İnstitutunun rəhbər şəxsləri və SOCAR-ın bu ölkədəki nümayəndəliyi təmsil edir. 

Builki beynəlxalq sərgiyə 1 000-dən çox yerli şirkət və 40 ölkədən 850 xarici şirkət qoşulub. İranın neft nazirinin müavini, NICO milli neft şirkətinin prezidenti Roknəddin Cavadi mayın 5-də keçirilmiş açılış mərasimində bildirib ki, bu beynəlxalq sərgidə xarici şirkətlərin iştirakı əvvəlki illərlə müqayisədə artıb, bəzi şirkətlər və ölkələr birinci dəfədir bu tədbirə qatılıb. Sərgi mayın 8-nə kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi