SOCAR "Gədisu-Stalçay" quru sahəsində seysmik kəşfiyyat işləri aparıb

Energetika
  • 26 avqust, 2014
  • 04:39
SOCAR Gədisu-Stalçay quru sahəsində seysmik kəşfiyyat işləri aparıb

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Gədisu-Stalçay" quru sahəsində seysmik kəşfiyyat işlərini tamamlayıb.

Şirkətin məlumatında deyilir ki, Quba-Xəzəryanı neft-qaz rayonunda yerləşən ərazidə 2D seysmik kəşfiyyat və maqnitometrik işləri həyata keçirilib.

Seysmik kəşfiyyatı  "Azneft" İstehsalat Birliyinin sifarişi ilə Geofizika və Geologiya İdarəsi aparıb.

İşlər "Gədisu-Stalçay" sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi ilə aparılıb.

Hazırda seysmik işlər zamanı əldə edilmiş nəticələrin emalı və interpretasiyası aparılır. Bu işlərin yekununda əldə ediləcək yeni məlumatlar həmin ərazidə axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti