​SOCAR gələn il üçün hasilat proqramının işlənməsini bu ay tamamlayacaq

​SOCAR gələn il üçün hasilat proqramının işlənməsini bu ay tamamlayacaq SOCAR neft və qaz hasilatını builki səviyyədə saxlayacaq
Energetika
4 Noyabr , 2015 16:54
​SOCAR gələn il üçün hasilat proqramının işlənməsini bu ay tamamlayacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hazırda 2016-cı il üçün hasilatla bağlı proqram layihəsini hazırlayır. Bu barədə "Report"a SOCAR-ın neft və qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib.

R.Qurbanov qeyd edib ki, proqramın hazırlanması işləri noyabrın 15-20-də tamamlanacaq: "Proqrama görə, həm köhnə, həm də yeni yataqlarda qazma işləri azaldılmayacaq. Hasilat 2014-2015-cü ildəki ilə eyni səviyyədə olacaq. Baxmayaraq ki, bu məsələyə əməliyyat şirkətləri eyni yanaşmır. SOCAR çalışır ki, bütün məsələləri həll etsin və neft və qaz hasilatını sabit saxlasın".

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda 40,7 mln. ton neft və 30,2 mlrd. kubmetr qaz hasilatı proqnozlaşdırılır. SOCAR-a məxsus yataqlardan 8,3 mln. ton neft və 6,5 mlrd. kubmetr qaz hasil edilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi