SOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edir

SOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edir Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fevralın 24-25-də keçirilən “Türkmənistanın neft və qazı” beynəlxalq roudşou tədbirində iştirak edir.
Energetika
24 Fevral , 2020 12:44
SOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fevralın 24-25-də keçirilən “Türkmənistanın neft və qazı” beynəlxalq roudşou tədbirində iştirak edir.

“Report” xəbər verir ki, neft-qaz sektorundakı tendensiyaların müzakirə olunduğu tədbirdə SOCAR sponsorlar arasında yer alıb.

Tədbirdə SOCAR-ı Sərmayələr və marketinq üzrə vitse-prezidentin müavini Ədnan Əhmədzadə təmsil edir.

Konfransda TAPI qaz kəməri, Türkmənistanın qaz-kimya və neft emalı sənayesinin perspektivləri, ölkənin dəniz yataqlarının işlənilməsi və investisiyaların cəlbi və digər məsələlər müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi