SOCAR-da 1 ton neftin maya dəyəri nə qədərdir?

SOCAR-da 1 ton neftin maya dəyəri nə qədərdir? 2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 1 ton neftin maya dəyəri 123,8 manat təşkil edib.
Energetika
2 Sentyabr , 2020 12:13
SOCAR-da 1 ton neftin maya dəyəri nə qədərdir?

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 1 ton neftin maya dəyəri 123,8 manat təşkil edib.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilir.

Sənədə əsasən, bu, 2018-ci illə müqayisədə 5,8 manat və yaxud 4,9% çoxdur.

Ötən il şirkətin neft hasilatına çəkdiyi xərclərin tərkibində material və komponent xərcləri 3,9%, əmək haqqı xərcləri 15,3%, sosial ehtiyaclara ayırmalar 2,9%, amortizasiya ayırmaları 17,7%, təmir xərcləri 11,6%, texniki xidmət xərcləri 5,2%, nəqliyyat xərcləri 16,9%, mədən vergisi xərcləri isə 8,2% paya malik olub.

SOCAR-ın neftinin maya dəyərinin artması material, yanacaq, əmək haqqı, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir, texniki xidmət, nəqliyyat və nəqliyyat vasitələrinin istismarı, mühafizəsi, mədən vergisi və digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib. Belə ki, hesabat dövründə material xərcləri 2 mln 332 min manat (7,4%), yanacaq xərcləri 163 min manat (18,1%), əmək haqqı xərcləri 6 mln 353 min manat (5%), əsas vəsaitlərin amortizasiyası 20 mln 852 min manat (15,9%), əsaslı təmir və texniki xidmət xərcləri 28 mln 209 min manat (24,2%), nəqliyyat və nəqliyyat vasitələrinin istismarı xərcləri 16 mln 555 min manat (12,9%), mühafizə xərcləri 1 mln 997 min manat (14,5%), mədən vergisi 993 min manat (1,4%), digər xidmətlər 1 mln 472 min manat (2,6%), digər xərclər 5 mln 860 min manat (23,7%) artıb.

Son xəbərlər

Orphus sistemi