Yuxarı
    Bağlamaq

    SOCAR "Çilov" yatağında yeni quyu qazır

    Quyuda istismar işləri 28 May NQÇİ tərəfindən həyata keçiriləcək

    Bakı. 18 mart. REPORT.AZ/ “Çilov” yatağındakı 112 saylı özüldən 113 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

    Layihə dərinliyi 1 500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır.

    Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.

    Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi