SOCAR Ceyhan limanından 14 mln. ton xam neft ixrac edib

SOCAR Ceyhan limanından 14 mln. ton xam neft ixrac edib Bakı. 1 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 13 955 348 ton xam neft ixrac edib.
Energetika
1 Noyabr , 2017 18:04
SOCAR Ceyhan limanından 14 mln. ton xam neft ixrac edib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 13 955 348 ton xam neft ixrac edib.

"Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 201 812 tonu oktyabr ayında ixrac olunub.

Bu ilin 10 ayında Ceyhan limanından ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 0,26% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi