Yuxarı

SOCAR bu il Beynəlxalq Bankdan daha 200 mln. manat alacaq

Süleyman Qasımov: Zavodların yenidən qurulması və qazma əməliyyatları üçün kreditin qalan hissəsini qrafikə uyğun olaraq vaxtında alınacaq

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) zavodların yenidən qurulması və qazma əməliyyatlarının aparılması üçün Azərbaycan Beynəlxalq Bankından (ABB) kreditin qalan hissəsini qrafikə uyğun olaraq vaxtında alacaq. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

S.Qasımov qeyd edib ki, qazma əməliyyatları üçün nəzərdə tutulan 600 mln. manat məbləğdən 400 mln. manat qalıb. Onun sözlərinə görə, bu il 200 mln. manat məbləğində növbəti tranşın həyata keçiriləcəyi gözlənilir: "Qazma əməliyyatları üçün əldə etdiyimiz 200 mln. manatı xərcləyirik. Onu xərclədikdən sonra növbəti tranş həyata keçiriləcək".

SOCAR-ın vitse-prezidenti əlavə edib ki, Bakı neft emalı zavodunun yenidən qurulması üçün indiyədək cəmi 60 mln. manat alınıb, işlər aparılır, qalan vəsait də qrafikə uyğun olaraq vaxtında alınacaq: "Emalla bağlı bağlanan müqavilələr və sifariş olunan avadanlıqlardan asılı olaraq növbəti tranşların vaxtı müəyyənləşəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi