Bakı. 20 may. REPORT.AZ/Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2 522,7 min ton xam neft hasil edib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu ilin 4 ayında şirkətin hasil etdiyi xam neftin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8,5% azdır.
Bu ilin 4 ayında şirkətin hasil etdiyi xam neftin 624,5 min tonu aprel ayının payına düşüb ki, bu da ötən ilin aprel ayından 8,7% azdır.