SOCAR bitum ixracını 10 dəfədən çox artırıb

SOCAR bitum ixracını 10 dəfədən çox artırıb 2019-cu ildə, istehsal həcmini artıran yeni bitum qurğusunun istismara verilməsindən sonra, Azərbaycan yenidən bu məhsulun ixracına başlayıb.
Energetika
112
18 Yanvar , 2021 13:20
SOCAR bitum ixracını 10 dəfədən çox artırıb

2020-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 125 min ton neft bitumu ixrac edib.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilir ki, bu, 2019-cu illə müqayisədə 10,4 dəfə artım deməkdir.

Məlum olduğu kimi, son onillikdə bitum, əsasən daxili bazarın tələbatına yönləndirilirdi. 2019-cu ildə, istehsal həcmini artıran yeni bitum qurğusunun istismara verilməsindən sonra, Azərbaycan yenidən bu məhsulun ixracına başlayıb.

Son xəbərlər

Orphus sistemi