SOCAR: Azərbaycandan Türkiyə bazarına ixrac edilən təbii qazın ümumi həcmi bu il 27%-ə qədər artırıla bilər

SOCAR: Azərbaycandan Türkiyə bazarına ixrac edilən təbii qazın ümumi həcmi bu il 27%-ə qədər artırıla bilər Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycandan Türkiyə bazarına ixrac edilən təbii qazın ümumi həcmi bu il 27%-ə qədər artırıla bilər.
Energetika
8 Fevral , 2019 17:43
SOCAR: Azərbaycandan Türkiyə bazarına ixrac edilən təbii qazın ümumi həcmi bu il 27%-ə qədər artırıla bilər

Bakı. 8 fevral. REPORT.AZ/ "Azərbaycandan Türkiyə bazarına ixrac edilən təbii qazın ümumi həcmi bu il 27%-ə qədər artırıla bilər".

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qaz hasilatının sürətli yüksəlişi fonunda, ilk növbədə, ölkəmizin artan qaz tələbatının təmin edilməsi üçün daha da böyük həcmdə təbii qaz yönləndiriləcək: “Bununla yanaşı, izafi qalan təbii qazın ixracında da ciddi artım nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi