SOCAR: Azərbaycan 2026-cı ildə qaz ixracı coğrafiyasını genişləndirəcək
Energetika
- 02 iyun, 2026
- 14:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2026-cı ildə qaz ixracı coğrafiyasının genişləndirilməsini davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Qaz İttifaqının İcraiyyə Komitəsi, SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov 31-ci Bakı Enerji Forumunda bildirib.
"Hazırda biz qazı 16 ölkəyə tədarük edirik. Bu rəqəm artacaq. O (ölkələrin sayı - red.) elə bu il artacaq. Siz dünən burada, Bakıda imzaladığımız müqavilə barədə bilirsiniz. Lakin yeni müqavilələr və coğrafiyamızın daha da genişləndirilməsi də olacaq", - V. Bəylərbəyov deyib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan təxminən 25 milyard kubmetr qaz ixrac edib, bunun da yarısından çoxu Avropaya yönəlib.
SOCAR: Азербайджан в 2026 году расширит географию экспорта газа
SOCAR: Azerbaijan to expand gas export geography in 2026
Son xəbərlər
09:58
Latviya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib
Digər ölkələr
09:51
İlham Mirzəliyev Yevlaxda vətəndaşları qəbul edəcək
Energetika
09:47
Nikol Paşinyan Brüsselə yollanıb
Region
09:37
Foto
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Din
09:25
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır
Komanda
09:23
Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var
Digər ölkələr
09:08
CEV Çempionlar Liqası: "Turan" III təsnifat mərhələsində ilk oyununa çıxacaq
Komanda
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.11.2026)
Maliyyə
09:00
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
Futbol