SOCAR "Abşeron" yatağının kondensat həcmlərini alacaq

SOCAR "Abşeron" yatağının kondensat həcmlərini alacaq Bakı. 23 aprel. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron qaz kondensat yatağından hasil olunan bütün kondensat həcmləri Svop əsasında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) veriləcək.
Energetika
23 Aprel , 2018 13:30
SOCAR Abşeron yatağının kondensat həcmlərini alacaq
SOCAR Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev / Report/ Firi Salim

Bakı. 23 aprel. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz kondensat yatağından hasil olunan bütün kondensat həcmləri Svop əsasında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) veriləcək.

"Report" xəbər verir ki, bunu şirkətin Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.

"Total şirkəti ilə müqaviləyə əsasən, "Abşeron" yatağından hasil olunan qaz daxili bazara çatdırılacaq, kondensat həcmləri isə svop əsasında SOCAR-a veriləcək. Bunun əvəzində isə "Total" Ceyhan limanında müvafiq həcmdə xam neft alacaq",- idarə rəisi qeyd edib.

Onun sözlərinə görə, yatağın II mərhələsinin işlənməsi ilə bağlı konsepsiya hələ hazır deyil: "Bu konsepsiya birinci istismar quyusunun əsasında formalaşdırılacaq".

V.Əliyev bildirib ki, "Abşeron" yatağında birinci istismar quyusunun qazılmasına yaxın vaxtlarda başlanılacaq: "Hazırda mövcud kəşfiyyat quyusunun ləğvetmə işləri aparılır".

"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.

“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi