​SOCAR 9 ayda 6,2 mln. ton neft hasil edib

​SOCAR 9 ayda 6,2 mln. ton neft hasil edib Sentyabr ayında hasilat 674.8 min ton olub
Energetika
26 Oktyabr , 2015 11:53
​SOCAR 9 ayda 6,2 mln. ton neft hasil edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-sentyabr ayları ərzində 6 mln. 214,1 min ton neft hasil edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, neft hasilatı bu ilin 9 ayında ötən ilin müvafiq dövrünə nisbətən 1,4% az alıb.

Bu ilin 9 ayında hasil olunan neftin 674.8 min tonu sentyabr ayının payına düşüb.

Sentyabr ayında hasil olunan neft ötən ilin sentyabr ayına nisbətən 1,7% az olub.

Son xəbərlər

Orphus sistemi