​SOCAR bu il 5,5 mln. ton neft hasil edib

​SOCAR bu il 5,5 mln. ton neft hasil edib Avqust ayında isə hasilat 700 min ton olub
Energetika
9 Oktyabr , 2015 10:38
​SOCAR bu il 5,5 mln. ton neft hasil edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-avqust ayları ərzində 5 539,3 min ton neft hasil edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 1,4% azdır.

Bu ilin avqust ayında isə hasilat 699.2 min ton təşkil edib ki, bu da ötən ilin avqust ayından 1,5% azdır.