“Snam” SOCAR olmadan DESFA-dan pay almaqda maraqlı deyil

“Snam” SOCAR olmadan DESFA-dan pay almaqda maraqlı deyil Yaxın vaxtlarda Azərbaycan və Yunanıstan rəsmiləri görüşəcək
Energetika
21 Sentyabr , 2016 15:24
“Snam” SOCAR olmadan DESFA-dan pay almaqda maraqlı deyil

Bakı. 21 sentyabr. REPORT.AZ/ İtaliyanın “Snam” şirkəti Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA-nın 66%-nin özəlləşdirilməsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə iştirak etmək istəyir. 

“Report” xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazıb. 

Məlumata görə, ötən gün “Snam” şirkətinin nümayəndələri Yunanıstanın Energetika Nazirliyinin rəsmiləri ilə görüşüblər. 

KİV-də yazılanlara görə, belə bir görüşün SOCAR rəsmiləri ilə Yunanıstan hökumət nümayəndələri arasında da baş tutacağı gözlənilir. Görüşün dəqiq tərixi bəlli olmasa da, hər iki tərəf məsələnin həll olunması üçün mümkün qədər tez görüşmək niyyətindədir.

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avroluq təkliflə SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar. "Snam" şirkəti 17%-lik səhm paketini əldə etməkdə maraqlı olduğunu bəyan edib. 

Bu ilin iyulunda Yunanıstanın energetika naziri Panos Skurletis ölkə qanunvericiliyinə DESFA-nın gələcək fəaliyyətinə birbaşa təsir edəcək bəzi dəyişikliklər təklif edib. Parlamentdə qəbul edilən bu dəyişiklik DESFA-nın dəyərini və gələcək mənfəətini dramatik şəkildə azaldır.

Son xəbərlər

Orphus sistemi