Səudiyyə Ərəbistanından ABŞ-a neft ixracı son 35 ilin minimumunu yeniləyə bilər

Səudiyyə Ərəbistanından ABŞ-a neft ixracı son 35 ilin minimumunu yeniləyə bilər ABŞ-a Səudiyyə Ərəbistanından ixrac olunan neftin həcmi son 35 ildə ən aşağı səviyyəyə düşə bilər.
Energetika
18 İyun , 2020 20:44
Səudiyyə Ərəbistanından ABŞ-a neft ixracı son 35 ilin minimumunu yeniləyə bilər

ABŞ-a Səudiyyə Ərəbistanından ixrac olunan neftin həcmi son 35 ildə ən aşağı səviyyəyə düşə bilər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ekspertlərə istinadən məlumat yayıb.

Bu ilin iyun ayında enerji təchizatı aprel ayı ilə müqayisədə 10 dəfə azalaraq gündəlik 133 min barelə düşüb. Bu tendensiya davam edərsə, ABŞ-a ixracat 35 illik minimumu yeniləyəcək.

Nəşrin qeyd etdiyinə görə, aprel ayında böyük həcmdə ixracat Səudiyyə Ərəbistanı və Rusiya arasındakı qiymət müharibəsinin nəticəsi olub. Bu “müharibə” başa çatan kimi Ər-Riyad praktiki olaraq Amerika bazarına marağı dayandırıb.

Səudiyyə Ərəbistanının neft sənayesi nümayəndəsinin dediyinə görə, krallıq yaxın gələcəkdə ABŞ-a təchizatı artırmağı planlaşdırmır.

Ər-Riyad bu ay həmçinin Çinə ixracı azaldıb, lakin Hindistana və Yaponiyaya ixrac səviyyəsi artıb.

Son xəbərlər

Orphus sistemi