Səudiyyə Ərəbistanında qaz paylanması üzrə tənzimləyici dəyişib

Səudiyyə Ərəbistanında qaz paylanması üzrə tənzimləyici dəyişib Səudiyyə Ərəbistanının Nazirlər Şurası quru və mayeləşdirilmiş neft qazının paylanması və satışının tənzimlənməsini krallığın Energetika Nazirliyinə verməyi qərara alıb.
Energetika
25 Yanvar , 2020 10:06
Səudiyyə Ərəbistanında qaz paylanması üzrə tənzimləyici dəyişib

Səudiyyə Ərəbistanının Nazirlər Şurası quru və mayeləşdirilmiş neft qazının paylanması və satışının tənzimlənməsini krallığın Energetika Nazirliyinə verməyi qərara alıb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” Səudiyyə Ərəbistanının SPA informasiya agentliyinə istinadən məlumat verib.

Məlumata görə, bu qərar Energetika Nazirliyinin təklifi və İqtisadiyyat və İnkişaf Şurasının tövsiyələri əsasında qəbul edilib.

Bu Şura müxtəlif dövlət idarələrinin funksiyalarını koordinasiya etmək və birləşdirmək üçün 2015-ci ildə yaradılan hökumət qurumudur.

Daha əvvəl bu funksiyaları elektrik enerjisi və kogenerasiya sahəsindəki tənzimləyici orqan (Electricity and cogeneration regulatory authority, ECRA) yerinə yetirirdi.

Qeyd edək ki, krallığın yeganə təbii qaz istehsalçısı və tədarükçüsü “Saudi Aramco” şirkətidir. “BP Statistical review”nun məlumatına görə, 2018-ci ildə şirkət 112,1 milyard kubmetr qaz hasil edib. Hasil edilən qazın, təxminən, 40%-i elektrik enerjisinin istehsalına gedir, təxminən, 40%-i inkişaf etməkdə olan neft-kimya sənayesi “alır”. Qazın, təxminən, 20%-i duzsuzlaşdırma stansiyalarında yanacaq kimi istifadə olunur və bu pay artacaq. “Saudi Aramco”nun proqnozlarına görə, 2030-cu ilədək ölkənin qaza olan tələbatı 40%-dək artacaq və yaxın gələcəkdə şirkət artmaqda olan istehlakı müstəqil şəkildə təmin edə bilməyəcək.

Son xəbərlər

Orphus sistemi