Səudiyyə Ərəbistanı: Rusiya ilə müharibə aparmırıq

Səudiyyə Ərəbistanı: Rusiya ilə müharibə aparmırıq Səudiyyə Ərəbistanı neft məsələsində Rusiya ilə müharibə aparmır və belə bir niyyəti yoxdur
Energetika
1850
9 Mart , 2020 16:52
Səudiyyə Ərəbistanı: Rusiya ilə müharibə aparmırıq

"Səudiyyə Ərəbistanı neft məsələsində Rusiya ilə müharibə aparmır və belə bir niyyəti yoxdur"

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Neft İxrac Edən Ölkələr Birliyindəki (OPEC) nümayəndəliyindən mənbə bildirib. 

Onun sözlərinə görə, enerji bazarındakı oyunçulardan biri olan Rusiya Səudiyyə Ərəbistanı üçün əhəmiyyətli tərəfdaşdır. OPEC+ formatı ilə bağlı yekun qərar verilməmiş “Saudi Aramco”nun aprel ayındakı planlarına əngəlin olmadığını bildirən mənbə hazırda neft bazarında baş verənlərə görə sözügedən sövdələşmənin bütün iştirakçılarının, xüsusilə də iri iştirakçılarının məsuliyyət daşıdığını qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl "Wall Street Journal" nəşri Səudiyyə Ərəbistanının Rusiyanın dünya neft bazarındakı mövqeyini sarsıtmaq üçün qiymətləri aşağı salmaq istədiyini yazıb.

Son xəbərlər

Orphus sistemi