Səudiyyə Ərəbistanı qlobal neft ehtiyatlarının marta qədər azalmayacağını bildirib

Səudiyyə Ərəbistanı qlobal neft ehtiyatlarının marta qədər azalmayacağını bildirib Nazir: "30 noyabr sammitində nə etmək istədiyimizi ortaya qoymalıyıq"
Energetika
17 Noyabr , 2017 13:01
Səudiyyə Ərəbistanı qlobal neft ehtiyatlarının marta qədər azalmayacağını bildirib

Bakı. 17 noyabr. REPORT.AZ/ OPEC+ anlaşmasının üzvləri noyabrın 30-da Vyanada keçiriləcək növbəti sammitdə hasilatın azaldılması ilə bağlı anlaşmanın yenidən uzadılmasını elan edə bilər. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih çıxış edib.

Əl-Falih bildirib ki, OPEC cari anlaşmanın bitəcəyi tarix - 2018-ci ilin mart ayının sonuna qədər qlobal neft ehtiyatlarında əlavə həcmi aradan qaldıra bilməyəcək.

"Anlamalıyıq ki, mart ayının sonunda istədiyimiz səviyyədə ola bilməyəcəyik. Bu da o deməkdir ki, anlaşma uzadılmalıdır. Şəxsi fikrim budur ki, noyabrın 30-da neft bazarına aydınlıq gətirərək nə etmək istədiyimizi bildirməliyik", - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi