"Şərq Tərəfdaşlığı" ölkələrinin enerji nazirlərinin görüşü keçiriləcək

Energetika
  • 27 mart, 2019
  • 11:39
Şərq Tərəfdaşlığı ölkələrinin enerji nazirlərinin görüşü keçiriləcək
ERR

Aprelin 2-də Buxarestdə "Şərq Tərəfdaşlığı" ölkələrinin enerji nazirləri arasında görüş keçiriləcək.

Bu barədə “Report”a eksklüziv müsahibəsində Rumıniyanın xarici işlər naziri Teodor-Viorel Meleskanu bildirib.

"Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Rumıniyanın təşəbbüsü ilə “Şərq Tərəfdaşlığı" ölkələrinin enerji nazirləri arasında təşkil olunan ilk görüşün hamımızın müştərək enerji öncüllüklərini müzakirə etrmək üçün mühüm fürsət olacağını xüsusi qeyd etmək istərdim”, - rumıniyalı nazir vurğulayıb.

Xatırladaq ki, Avropa İttifaqı tərəfindən 2009-cu ildə tətbiq edilmiş "Şərq Tərəfdaşlığı" proqramının əsas vəzifəsi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığın gücləndirilməsidir.