Sentyabrda Azərbaycandan Türkiyəyə 459 mln. kubmetr qaz nəql olunub

Sentyabrda Azərbaycandan Türkiyəyə 459 mln. kubmetr qaz nəql olunub Azərbaycandan nəql olunan qaz Türkiyənin ümumi idxalının 12,4%-ni təşkil edib
Energetika
23 Noyabr , 2015 10:46
Sentyabrda Azərbaycandan Türkiyəyə 459 mln. kubmetr qaz nəql olunub

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Azərbaycandan Türkiyəyə 458,5 mln. kubmetr həcmində təbii qaz nəql olunub. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında bildirilib. Azərbaycandan nəql olunan qaz Türkiyənin ümumi qaz idxalının 12,4%-ni təşkil edib.

Bu ilin sentyabr ayında Azərbaycandan idxal edilən qazın miqdarı ötən ilin sentyabr ayından 18,8% az olub.

Məlumata görə, sentyabrda Türkiyə boru kəmərləri ilə ümumilikdə 3 125,1 mln. kubmetr qaz idxal edib. Bunun 2 008,5 mln. kubmetri Rusiya, 658,12 mln. kubmetri İran, 458,5 mln. kubmetri Azərbaycanın payına düşüb.

Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz bu ölkəyə ixrac edilir. Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə nəql edilir. Azərbaycan qazı "Mərhələ-1" layihəsi çərçivəsindəTürkiyə bazarına 2007-ci ilin iyul ayında daxil olub.

Son xəbərlər

Orphus sistemi