Səfirlik: "ABŞ Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında fəal iştirak edir"

Səfirlik: "ABŞ Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında fəal iştirak edir" Cəbub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 8-c iclasında ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə yanaşı, Dövlət Departamentinin baş enerji təhlükəsizliyi müşaviri Amos Hoksteyn (Amos Hochstein) də iştirak edir.
Energetika
4 Fevral , 2022 15:02
Səfirlik: ABŞ Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında fəal iştirak edir

Cəbub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 8-c iclasında ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə yanaşı, Dövlət Departamentinin baş enerji təhlükəsizliyi müşaviri Amos Hoksteyn (Amos Hochstein) də iştirak edir.

Bunu “Report”-a ABŞ-ın Azərbaycandakı səfirliyindən deyiblər.

Bildirilib ki, ABŞ tədbirdə fəal iştirak edir və baş müşavir A.Hoksteyn iclasda videoformatda çıxış edib.

Toplantıda Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, habelə ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herzeqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri iştirak edirlər.

Həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, “Fluxys”, İCGB, “Romgaz”, SACE, SGC, “Enagas”, “Uniper”, “TotalEnergies”, “Equinor”, “Lukoil”, maliyyə təsisatlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər qurumların nümayəndələri tədbirə qatılacaq. Məşvərət Şurasının bu ilki iclasında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti və “Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin nümayəndələri də yer alır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularına həsr olunmuş plenum sessiyaları keçiriləcək.

"Şahdəniz" qaz yatağının istismarını və Azərbaycandan İtaliyayadək gedən qaz ixrac kəmərlərini əhatə edən SGC layihəsinin məqsədi Avropa İttifaqına qaz tədarükünü şaxələndirmək, təkcə bir qaz tədarükü mənbəyinə bağlı olan ölkələrin sayını azaltmaqdır. SGC-nin Avropadakı hissəsi olan TAP (Trans Adriatik boru kəməri) layihəsi 2020-ci ilin 31 dekabr tarixindən müntəzəm fəaliyyətə başlayaraq Azərbaycan qazının Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəqlini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi