Səfir: Azərbaycan və Hindistan enerji əməkdaşlığını genişləndirməyə hazırdır

Səfir: Azərbaycan və Hindistan enerji əməkdaşlığını genişləndirməyə hazırdır Ölkələr arasında əmtəə dövriyyəsi 1,14 mlrd. dollara çatıb
Energetika
17 Dekabr , 2014 11:44
Səfir: Azərbaycan və Hindistan enerji əməkdaşlığını genişləndirməyə hazırdır

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan və Hindistan arasında iqtisadi münasibətlər, xüsusilə də Hindistanın GAIL hökumət şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında müqavilənin imzalanmasından sonra inkişaf edir . "Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev Dehlidə "Azərbaycan" kitabının təqdimetmə mərasimində çıxışı zaman bildirib. 

Qeyd edək ki, "Azərbaycan" kitabının müəllifi məşhur jurnalist Şeyx Mənsur Əhməddir. Kitab ingilis, hindi və urdu dillərində çap olunub. 

Səfir İ.Hacıyevin sözlərinə görə, Azərbaycan və Hindistan enerji əməkdaşlığını genişləndirməyə hazırdır. Buna nümunə olaraq, GAIL və SOCAR arasında müqaviləni göstərmək olar. 

İ.Hacıyev qeyd edib ki, hazırda 1,14 mlrd. dollar həcmində olan ticarət dövriyyəsinin həcmi Hindistanın enerjiyə olan tələbatlarının Azərbaycan tərəfindən təmin olunması sayəsində artacaq. 

GAIL ötən ay SOCAR ilə Maliyyələşdirilmiş təbii qazın marketinq, axtarış və daşınma məsələləri üzrə qarşılıqlı anlayış haqqında memorandum imzalayıb. 

Bundan başqa, şirkətlər dünyadakı hasil aktivlərinin biznes imkanlarından istifadə etmək və neft-kimya layihələrinə birgə sərmayə qoymaq niyyətindədirlər. 

Son xəbərlər

Orphus sistemi